Bakıda keçirilən Beynəlxalq turizm və səyahətlər sərgisinin iştirakçıları Fəxri xiyabanda olublar
Bakıda keçirilən "AİTF-2012" Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üstünə tər güllər düzüblər. Sonra Şəhidlər xiyabanına gələn sərgi iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər qoyublar. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB