Suriya problemi dəhşətli nəticələrə gətirə bilər

Suriya problemi dəhşətli nəticələrə gətirə bilər

Silahlanma davam edəcəksə, Suriya problemi dəhşətli nəticələrə gətirib çıxaracaq. Bunu BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya probleminin həlli üzrə xüsusi nümayəndəsi Kofi Annan İranın paytaxtı Tehranda keçirdiyi mətbuat konfransındakı çıxışında deyib.


İran mənbələrinə istinadən xəbər verilir ki, Annan aprelin 10-u axşamdan ölkənin paytaxtındadır. Mətbuat konfransını isə İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə birgə keçirib. Ə.Salehi də Suriya problemi ətrafında, xüsusən də ölkənin hakimiyyəti ilə danışıqların davam etdiriləcəyini bildirib. XİN rəhbəri vurğulayıb ki, rəsmi Tehran "Annan planı"nı dəstəkləyir. "Suriya sakinlərinin də bu plana dəstəyi vacibdir", - deyən Salehi məsələyə xarici hərbi müdaxilənin yolverilməzliyini önə çəkib.


Qeyd edək ki, bu gün K.Annan İran prezidenti Mahmud Əhmədinecatla da görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə