Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri xanım Valentino Matviyenko İçəri Şəhərdə olub. Qonağı qarşılayan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib. Qurumdan SİA-ya verilən məlumata görə, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçəri Şəhərin qorunmasında rolu barədə məlumat verib.
Xanım qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilib, Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.
Xanım Valentina Matviyenko qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olub, ona karvansaralar və onların təyinatı barədə informasiya verilib.
Qeyd edək ki, elektromobillər vasitəsilə Kiçik Qala küçəsinə qədər davam edən gəzintidə, şura sədri Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına da baxıb.
Daha sonra nadir memarlıq incisi olan "Şirvanşahlar Sarayı Kompleksin" də olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Sonda Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri Valentino Matviyenko Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi -"İncəsənət Bağı"nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa edib və İçəri Şəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB