Şuşa şəhərinin Ermənistanın Ordusu tərəfindən işğalının 20-ci ildönümü qeyd ediləcək

Şuşa şəhərinin Ermənistanın Ordusu tərəfindən işğalının 20-ci ildönümü qeyd ediləcək

Prezident bu barədə Sərəncam imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi məlumatına görə, sərəncama əsasən, Azərbaycanda və ölkənin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlər keçirilməsi nəzərdə tutulub.

Sərəncamda, həmçinin Azərbaycan Prezident Administrasiyasına Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayaraq həyata keçirilməsi tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə