Klintonun gecikmiş "insanların itkisindən təəssüflənirik" etirafı

Klintonun gecikmiş "insanların itkisindən təəssüflənirik" etirafı

ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun ermənipərəst konqresmen Hovard Bermanın Azərbaycanın ATƏT-in Minsk qrupunun təklifinə əsasən snayperləri cəbhə xəttindən çəkmədiyinə dair yazılı məktubuna cavabındakı fikirləri Ermənistanda olduğu kimi, Birləşmiş Ştatlarda da ciddi narazılıq doğurub.


Erməni mediasının da xəbər verdiyi kimi, Amerikanın Erməni Milli Komitəsinin açıqlamasına görə, H.Klintonun cavabının əsas hissəsi Vaşinqton administrasiyasının süni obyektivlik nümayişi idi. Qurumun fikrincə, Dövlət Departamentinin rəhbəri birtərəfli şəkildə Azərbaycana münasibətdə ittiham səsləndirməli imiş.


H.Klinton isə belə deyib: "ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Qarabağ konfliktinin tərəfləri arasında yekun sülh sazişinin əldə olunmasına çalışır. ABŞ hesab edir ki, tərəflər öz bəyanatlarında ehtiyatlı olmalıdırlar ki, anlaşılmazlıqlardan və lazımsız nəticələrdən uzaq dursunlar. Biz bir daha bəyan edirik ki, Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz və yalnız sülh yolu regionda təhlükəsizliyə, sabitliyə və barışa gətirə bilər. Biz insanların itkisindən təəssüflənirik və tərəfləri danışıqlar mühitinin yaxşılaşdırılmasına səy göstərməyə, lazımsız itkilərdən uzaq durmağa və atəşkəsə riayətə, o cümlədən snayperləri cəbhə xəttindən geri çəkməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə