\"Eurovision\" yarışmasına hazırlıq məsələləri müzakirə olunub - FOTO
Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbəri Vüsalə Hüseynli Bakıda səfərdə olan Avropa Birliyi Şərq Tərəfdaşlığı Platforması Vətədaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvləri PASOS-un İcraçı direktoru Jeff Lovitt, Bettina Brand (Almaniya) və Amanda Lovkvist (İsveç) və digərləri ilə görüşüb. Qurumdan SİA-ya verilən məlumata görə, müzakirələr zamanı bir sıra perspektivlər, Azərbaycanın Vətəndaş Cəmiyyəti ilə Avropa VC arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan, yeni layihələrdən, Platformanın Brüsseldə yeni yaradılacaq katibliyinin fəaliyyətindən danışılıb.
Görüşdə eyni zamanda Azərbaycanda keçiriləcək \"Avroviziya\" yarışmasına hazırlıq məsələləri də müzakirə olunub. V.Hüseynlinin verdiyi məlumata görə, yarışma zamanı yalnız isveçdən 400-dən artıq jurnalistin gəlməsi gözlənilir.
Xatırladaq ki, görüşdə Avropa Birliyi Şərq Tərəfdaşlığı Platforması Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının üzvləri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB