Prezident İlham Əliyev Avronest PA-nın ikinci sessiyasının rəsmi açılış mərasimində iştirak edib

Prezident İlham Əliyev Avronest PA-nın ikinci sessiyasının rəsmi açılış mərasimində iştirak edib

Bu gün Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Sessiyanı giriş sözü ilə açan Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevi və qonaqları salamlayıb.

Azərbaycan Prezidenti mərasimdə nitq söyləyib. Sonra Avropa Parlamentinin sədri Martin Şultsun sessiya iştirakçılarına videomüraciəti nümayiş etdirilib.
Avronest PA-nın birinci sessiyası Strasburqda keçirilib. Bu, ikinci sessiyadır və tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün çox önəmlidir.
Sessiyada Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə