İlham Əliyev Avronest Parlament Assambleyasının həmsədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev bu gün Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin başçılıq etdiyi Avropa Parlamenti Assambleyası Bürosunun nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Avronest Parlament Assambleyasının böyük nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev Avronestin Avropadan kənarda ilk sessiyasının Bakıda keçirilməsini tərəfdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Avronest Parlament Assambleyası ilə ölkəmizin əməkdaşlıq etməkdə maraqlı olduğunu deyən dövlət başçısı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib.
Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etmələrinin əhəmiyyətini qeyd edib. O, nümayəndə heyətinin üzvlərini Prezident İlham Əliyevə təqdim edib. Kristian Vigenin bildirib ki, Avronest nümayəndə heyətinin ölkəmizə səfəri təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığa verdiyi böyük önəmin göstəricisidir.
Görüşdə Avronest Parlament Assambleyasının Azərbaycan ilə Avropa Parlamenti və Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB