Paytaxtda hava buludlu və yağmursuz olacaq

Paytaxtda hava buludlu və yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 4-7° isti, gündüz 18-23° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 55-55 faiz olacaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 0-5° isti, gündüz 15-20° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, axşam və gecə bəzi yerlərdə yağıntılı olacaq. Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, axşam bəzi yerlərdə yağış yağacaq. Temperaturun gecə 0-5° isti, gündüz 17-22° isti olacağı gözlənilir.


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 10-15° isti təşkil edəcəkdir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9° şaxta olacağı gözlənilir.


Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacaq. Temperaturun gecə 5-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.


Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 5-10° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 14-19° isti olacağı gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə