Qənirə Paşayeva: “Qarabağ münaqişəsinin həllində müsbət nəticələr əldə edilə bilər\"

Qənirə Paşayeva: “Qarabağ münaqişəsinin həllində müsbət nəticələr əldə edilə bilər\"

Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunda Fransanın mandatını əvəz etməsi təklifini müsbət qarşılıyıram. SİA-nın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, əvəzetmə müsbət hal kimi dəyərləndirilsə də münaqişənin nizamlanması istiqamətinə aparılan danışıqların mövcud vəziyyətini tam dəyişməyəcək: "Mən belə xəyalpərəst deyiləm ki, Fransanın Birliklə əvəzetməsi münaqişənin nizamlanmasına çox ciddi dəyişəcəyinə ümid edim. Amma əvəzetmə nəticəsində müsbət nəticələr əldə ediləcək. Çünki Fransadan fərqli olaraq Avropa Birliyinin içərisində münaqişənin həlli ilə bağlı rəsmi Parisdən daha çox ədalətli mövqe tutan ölkələr var".

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərin fəaliyyətinə toxunan millət vəkili bildirib ki, həmsədr dövlətlər münaqişənin nizamlanması istiqamətində çox ciddi addımlar atmır: "Hətta deyə bilərəm ki, heç bir rol oynamırlar. Fikrimcə, keçən uzun müddət ərzində həmsədrlər münaqişənin həlli ilə bağlı daha sərt ifadə işlədərək bildirmək istərdim ki, heç bir iş görmürlər. Çünki görün, artıq neçə il keçib, amma həmsədrlər münaqişənini həlli ilə bağlı heç bir səy ortaya qoymurlar. İşğal edən dövlətə (Ermənistan) yetərli təzyiqlər edilməyincə mövcud vəziyyəti dəyişmək mümkün olmayacaq. Eyni zamanda həmsədr dövlətlərin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün həmsədrlər heç nə etmir. \"Siz gedin danışıqları öz aranızda aparın biz də sizə dəstək verərik\" sözləri münaqişənin həllində ciddi rol oynamamaq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə