Cəbhədə vəziyyət yenidən gərginləşib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 29-da saat 16.50-dən 16.55-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17.05-dən 17.10-dək və 17.15-dən 17.20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimizi;
- saat 11.30-dan 11.35-dək, 23.47-dən 23.56-dək və martın 30-da saat 05.46-dan 05.57-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan və Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində yerləşən mövqelərimizi;
- saat 00.50-dən 00.58-dək və 05.15-dən 05.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Ayqovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Balacəfərli kəndlərində yerləşən mövqelərimizi;
- saat 01.15-dən 01.30-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.00-dan 05.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB