Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin Rasizm və Ksenofobiya alt komitəsinin sədri seçilib. SİA-nın xəbərinə görə, bununla bağlı qərar komitənin bir neçə gün öncə keçirilən iclasında qəbul olunub.
Qeyd edək ki, iclasda təşkilati məsələlərlə yanaşı, "Gender bərabərliyi və Avropa Şurasının cənub qonşuluğunda qadınların statusu", "Avropada müsəlman qadınlar: bərabər imkanlar naminə", "Gender bərabərliyinin ailədə təmin edilməsi" mövzularında məruzələrin dinlənilməsi, irqi ayrı-seçkilik, alt komitələrin tərkibinin müəyyənləşdirilməsinə dair məsələlər müzakirə olunub. Sahibə Qafarova komitədə müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, ölkəmizdə həyata keçirilən islahatlarla haqqında ətraflı məlumat verib, öz təkliflərini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB