Cəbhə xəttində növbəti dəfə monitorinq keçirilib

Cəbhə xəttində növbəti dəfə monitorinq keçirilib

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunda monitorinq keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, monitorinq iştitakçıları ilk öncə rayon İcra Hakimiyyətində olub, rayon icra başçısı Alı Alıyevlə görüşüblər. İcra başçısı bildirib ki, Ermənistan ordusu tez-tez cəbhə xəttində atəşkəsi pozaraq gərginlik yaradır. Xüsusilə yaşayış məntəqələri atəşə tutulur.

Rayon İcra Hakimiyyətindəki təxminən 1 saatlıq görüşdən sonra ATƏT nümayəndələri cəbhə xəttinə yola düşüblər. Hazırda qoşunların təmas xəttininin Aşağı Veysəlli kəndində qarşı tərəflə monitorinq keçirilir.

Məlumat üçün bildirək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirib.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə