Martın 28-də Tehrana səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə qarşılıqlı əlaqələr və bölgədəki proseslər müzakirə edilib.
Baş naziri Tehrana iki günlük rəsmi səfərdə xarici işlər naziri Əhməd Davudoğlu, təbii sərvətlər və energetika naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan, ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktar, Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının rəis müavini Hulusi Akar, Milli İstihbarat Təşkilatının rəisi Hakan Fidan, Türkiyə Atom Enerjisi Təşkilatının rəisi Zəfər Alper və digər şəxslər müşayiət edir.
Ərdoğanın Tehran səfərində prezident Mahmud Əhmədinejad, vitse-prezident Məhəmmədrza Rəhimi və İran parlamentinin sədri Əli Laricani ilə görüşəcəyi bildirilir.
Görüşlərdə qarşılıqlı münasibətlərin genişləndirilməsi, bölgədə gedən ən mühüm proseslər və İranın nüvə proqramının müzakirə ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB