Bakı-Moskva-Bakı və Bakı-Sankt-Peterburq-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri aşağı salınıb
Bakıdan Moskva və Sankt-Peterburqa gedən sərnişin qatarlarında gediş haqqı tarifləri aşağı salınıb. "Azərbaycan Dəmir Yolları" QSC-dan SİA-ya verilən məlumata görə, iki ölkənin dəmir yolu idarələri arasında aparılan danışıqlar nəticəsində 2012-ci il martın 23-dən Bakı-Moskva-Bakı və martın 28-dən Bakı-Sankt-Peterburq-Bakı sərnişin qatarlarında gediş haqqı tariflərinin aşağı salınması barədə razılıq əldə olunmuşdur. Razılığa əsasən, gediş haqqı tarifi "plaskart" vaqonlarda təxminən 20 faiz, "kupe" vaqonlarda 35 faiz, SV vaqonlarda isə 50 faiz aşağı salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB