Kanadanın Kalqari şəhərinin meri Nahid Nenşinin ermənilərin Xocalıda törətdikləri vəhşiliklərini soyqırım adlandırması düşmən qüvvələrini yenidən fəallaşdırıb. Məlumata görə, bu dəfəki həyasızlığı adı çəkilən ölkədəki erməni diasporunun rəhbəri Jirens Qayan nümayiş etdirib.
O, merə yazdığı məktubda Xocalı hadisələrinə görə erməniləri günahkar saydığı üçün Nenşini qınayıb. Kalqari rəhbərinin azərbaycanlıları dəstəkləməsini özünə təhqir sayan erməni diasporunun başçısı daha bir həyasızlıq göstərib. Belə ki, Qayan Xocalıda qətliamın törədilməsini qəbul etdiyinə görə merin Kanada və dünya ermənilərindən üzr istəməsini vacib sayıb.
Qeyd edək ki, ermənilərin bu cür hərəkətləri ilk belə hadisə deyil. Onlar həmişə və hər yerdə Ermənistanın əleyhinə olan qərarların ziddinə çıxır, Azərbaycan və Türkiyənin ünvanına böhtan dolu çıxışlar edir, yalan faktlar əsasında iddialar irəli sürürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB