Gələcək İctimai Birliyi Novruz Bayramı da imkansız ailələri unutmayıb. SİA-nın xəbərinə görə, təşkilatın Xeyirxahlıq Zənciri proramı çərçivəsində ənənəvi hal almış \"Xonçamız Bir Olsun\" aksiyasını gerçəkləşdirib. Aksiyanı keçirtməklə birlik sosial durumundan dolayı bayram ovqatları hazırlaya bilməyən ailəri unutmamağı, onların bayram günlərində süfrələrinin boş olmamasını hədəfləyirdi. Bu aksiyanı həyata keçirməklə birlik əsas məqsədiylə yanaşı, Novruz Bayramının simvollarından olan \"Papaq Atmaq\" ənənəsini yaşatmaq idi. Belə ki, təşkilatın könüllüləri ilə birlikdə Sumqayıt şəhərində pərakəndə halda papaqlar atılıb və bu yolla bayram sovqatları toplanılıb. Toplanılmış nemətəri daha sonra müvafiq olaraq həmin yaşayış məntəqələrində məskunlaşmış imkansız ailələrə paylanılıb. \"Xonçamız Bir Olsun\" aksiyası çərçivəsində 21 ailə bayram günü sevinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB