Gəncə və Göygöldə Novruz şənliyi keçirilib - FOTO

Gəncə və Göygöldə Novruz şənliyi keçirilib - FOTO

Novruz bayramı münasibəti ilə Gəncə şəhərində böyük tədbir təşkil olunub. SİA-nın Gəncə bürosunun verdiyi xəbərə görə, gəncəlilər və şəhərimizin qonaqları Novruz meydanında bir araya toplanıb. Tədbirə Gəncə şəhər İcra hakimiyyəti başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri və ziyalılar da iştirak edib. Elmar Vəliyev novruz adət-ənənələrinə uyğun bəzədilən meydanı gəzib və eyni zamanda Gəncənin incəsənət xadimlərinin əl işlərindən ibarət sərgiyə baxılıb. Şəhər rəhbəri çıxış edərək xalqımızı novruz münasibəti ilə təbrik edib.

Novruz bayramı Göygöl rayonunda da təşkil olunub. Novruz şənliyinə rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, millət vəkili Rövşən Rzayev, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar qatılıb.

Qeyd edək ki, İcra Hakimiyyəti başçısı Arif Seyidov göygöllüləri təbrik edib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə