Məlahət İbrahimqızı: “Əfv Fərmanı humanizm siyasətinin növbəti nümunəsidir” - MÜNASİBƏT

Məlahət İbrahimqızı: “Əfv Fərmanı humanizm siyasətinin növbəti nümunəsidir” - MÜNASİBƏT

"Azərbaycan Prezidentinin fəaliyyətində humanizm siyasəti başlıca istiqamətlərdən birini təşkil edir". SİA-nın xəbərinə görə, bunu YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bu ənənənin 15 ildən artıq müddətdə davam etdiyini bildirib. Onun sözlərinə görə, humanizm siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "İldə bir neçə dəfə Əfv Fərmanı imzalanır. Bu dəfəki Fərman Novruz bayramı münasibətilədir. Bu bayram ərəfəsində 62 məhbus əfv edildi, 62 ailə və onların yaxınları sevinir. Bundan gözəl addım ola bilməz. Xalqımız hər zaman belə humanist siyasətin şahididir və bunu daim alqışlayır. Bu humanizm siyasətini uğurla davam etdirən Prezidentimizə Allah cansağlığı versin".

Bütün xəbərlər Facebook səhifəmizdə