Bakı Şəhər Baş Polis İdarəsi müxalifətin keçirdiyi icazəli mitinqlə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi müxalifətin keçirdiyi icazəli mitinqlə bağlı məlumat yayıb

Bu gün özünü Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, saat 15:00-dan 17.00-dək davam edən toplantıda AXCP, Müsavat, ADP, VHP, AXP, KXCP, Ümid partiyalarının, o cümlədən bir neçə müxalif yönümlü gənclər təşkilatlarının ümumi sayı təxminən 350 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə