Mədət Quliyev: “Bütün əfv sərəncamları sayəsində ümumilikdə 5376 nəfər şəxs azadlığa buraxılıb” - MÖVQE
1994-95-ci illərdən indiyədək, bütün əfv sərəncamları sayəsində ümumilikdə 5376 nəfər şəxs azadlığa buraxılıb. Bunu bugün jurnalistlərə açıqlamasında Penitensiar xidmətin rəisi, general-mayor Mədət Quliyev bildirib.
M.Quliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra əfv institutu yaradılıb və ümummilli lider Heydər Əliyev tərəfindən əfv fərmanı və sərəncamı imzalanıb: \"Bunlardan da sonuncusu 62 nəfərə şamil olundu. Təcrübə onu göstərir ki, əfv sərəncamı ilə azadlığa çıxanlar təsadüfi hallarda ola bilsinlər ki, cinayət törətsinlər. Hesab edirəm ki, bu sərəncamların çox böyük əhəmiyyəti və mahiyyəti vardır. Əfv sərəncamı birmənalı şəkildə o şəxslərə şamil olunur ki, onlar öz davranışları ilə bütün cəzaçəkmə müəssisələrində nümunəvi olsunlar. Eləcə də gələcəkdə onların cinayət törətmə halları minum səviyyəyə düşsün".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB