Brüsseldə “Azərbaycan və Avratlantika təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçiriləcək
Martın 16-da Brüsseldə yerləşən Avropa Siyasəti Mərkəzində (ASM) "Azərbaycan və Avratlantika təhlükəsizlik arxitekturası" mövzusunda dəyirmi masa keçiriləcək.
SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın NATO yanında nümayəndəsi Xəzər İbrahim, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, münaqişələrin öyrənilməsi və dövlət quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin icraçı direktoru Dennis Sammut, Aİ-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB