DİN jurnalist Xədicə İsmayılovanın müraciətini araşdırır

DİN jurnalist Xədicə İsmayılovanın müraciətini araşdırır

\"Azadlıq Radiosu\"nun Bakı əməkdaşı Xədicə İsmayılovanın Baş Prokurorluğa daxil olmuş müraciəti müvafiq qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib. Bunu SİA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə SİA-ya açıqlamasında bildirib ki, Xədicə İsmayılovanın şikayət ərizəsi nazirliyə daxil olub. O, qeyd edib ki, məktubda göstərilənlər qanunla müəyyən olunmuş vaxt ərzində araşdırılacaq. Nəticələrdən asılı olaraq qanuni tədbir görüləcək: "Araşdırma başa çatdıqdan sonra ərizə müəllifinə cavab veriləcək".

Xatırladaq ki, martın 7-də "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Jurnalistə özünü yığışdırmaq məsləhət görülüb, əks halda rüsvay olacağı bildirilib.

Martın 9-da Xədicə İsmayılova baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi göndərib, təhdid məktubunun araşdırılmasını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə