Mübariz Qurbanlı: “İranla Azərbaycan arasında tarixi, dini, dil bağlılığı var”

Mübariz Qurbanlı: “İranla Azərbaycan arasında tarixi, dini, dil bağlılığı var”

\"İranla Azərbaycan arasında münasibətlər normal məcrada inkişaf edir. Hazırda hər iki tərəf bu münasibətlərə çox həssas yanaşır və bu münasibətləri qorumaq üçün əllərindən gələni əsirgmir\". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Parlament üzvünün fikrincə, İranla Azərbaycanı bir-birinə bağlayan çox şey mövcuddur: "Bizim onlarla tarixi, din, dil bağlılığımız var. Bununla belə İran əhalisinin 50 faizdən çoxu azərbaycanlıdır. Ona görə də hesab edirəm ki, İran Azərbaycan münasibətləri mehriban qonşuluq səviyyəsindədir. İranın bu və ya digər məsələlərlə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) müəyyən sənədlər göndərməsi, nota verməsi normal bir prosesdir. İranla Azərbaycan qonşu ölkədir və heç də qonşu ölkələr arasında məsələlərin hamısı hamar deyil. Bizim də XİN zaman-zaman İran tərəfinə razı olmadığı məsələlərlə bağlı notalar verib və cavablar da alıb".

Bütün xəbərlər Facebook səhifəmizdə