Azərbaycan ərazində hava şəraiti martın 15-dən 18-dək yenidən qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında və rayonlarda şimal-qərb küləyi güclənəcək. Bu gün isə paytaxtda və yarımadada hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB