Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Məlumat verilib ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB