Bir neçə ay öncə istifadəyə verilmiş 7 dildə fəaliyyət göstərən "www.azerbaijans.com" virtual ensiklopediyası yenilənməkdə davam edir. Saytın redaksiyasından SİA-ya verilən məlumata görə, resursda növbəti yenilik "Kino" bölməsinə edilir. Son təkmilləşdirmə internet istifadəçilərinə Azərbaycan filmlərini yalnız bir sayt vasitəsilə izləmək imkanı yaradacaq: "Bildiyiniz kimi, www.azerbaijans.com saytı günü-gündən yenilənir, zənginləşir. Bu günlərdə işlərimizin davamı olaraq saytın "Kino" bölməsinin "Filmlər" linkində daha böyük miqyaslı yenilənmələrə başlanılmışdır. Bununla da istifadəçilərimiz "www.azerbaijans.com" saytı vasitəsilə klassik Azərbaycan kino salnaməsini rahatlıqla izləmək imkanı əldə edəcəklər". Linkə tammetrajlı, qısametrajlı və sənədli Azərbaycan filmləri daxil edilir. 248 tammetrajlı Azərbaycan filmindən artıq 238-i sayta yerləşdirilib. Ensiklopediya özündə filmlərlə yanaşı onlar haqqında məlumatları da ehtiva edir. İstifadəçilər burada filmlərin istehsal ili, ssenari müəllifi, rejissoru, dili, janrı və hətta rəngi haqqında da məlumatları əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB