Türkiyə PKK ilə mübarizədə yeni taktika seçib - FOTOLAR

Türkiyə PKK ilə mübarizədə yeni taktika seçib - FOTOLAR

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən terrorla mübarizədə yeni üsul tətbiq edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, mükafat PKK liderləri, başda Murad Karayılan, Fehman Hüseyn və Cəmil Bayıkın olduğu 50 nəfərlik lider heyətdən hər birini yaxaladana 4 milyon lirə həcmində veriləcək.

PKK-da "alt sinif idarəçiləri" sayılanların tutulması və yaxud tutdurulması üçün isə iki milyon lirə mükafat veriləcək.

Xəbərdə deyilir ki, Türkiyənin Daxili İşlər Nazirliyi hazırlanan planı Baş nazirə göndərib. PKK-nın son vaxtlar şəhər mərkəzlərində dinc sakinlərə, polisə və jandarma qüvvələrinə qarşı silahlı basqınlar törətməsi nazirliyi bu üsuldan istifadə etməyə sövq edib.


Əldə edilən məlumatlara görə, PKK-nın lider heyətinin 20-si Avropada, əhəmiyyətli hissəsi isə Türkiyədədir.


Bütün xəbərlər Facebook səhifəmizdə