Bu gün Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının və YAP Daşkəsən rayon təşkilatının 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş toplantısı keçirilib. SİA-nın məlumatına görə, ümumrayon toplantısını giriş sözü ilə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq qadınlarımızın şanlı keçmişindən və bu günkü fəaliyyətindən danışıb. Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev daşkəsənli qadınları təbrik edərək bildirib ki, qadın olan yerdə məhəbbət, səmimiyyət, mehribançılıq, gözəl həyat var.
Azərbaycan qadını Şərqdə ilk dəfə olaraq demokratik şəraitdə seçmək və seçilmək hüququ qazanmışdır. Müstəqil Azərbaycanın parlamentində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkənin birinci xanımı kimi çox fəal, gərgin iş aparır, beynəlxalq aləmdə Azərbaycan qadını haqqında onun xoş əməllərinə dair yüksək ideoloji təminat yaradır. Azərbaycan qadınının intellekti, dünyaya baxışı o dərəcədə zəngin və yüksəkdir ki, o dövləti ağılla, kamalla bu günün və sabahın tələblərinə uyğun idarə etmək iqtidarındadır. Bu gün Parlamentimizdəki qadın deputatlarımız da özlərinin yüksək intellekti, dəyərli təklifləri ilə deyilənləri bir daha təsdiq edirlər.
Daşkəsən rayonunda dünyanın ən gözəl xanımlarının bir qrupu kimi Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev rayonun xanımlarını təbrik edərək bildirdi ki, biz hamımız müstəqil Azərbaycanın qurucusu və memarı, əbədiyaşar ulu öndərin qurduğu dövlətin vətəndaşlarıyıq. Onun siyası kursunun davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin qüdrətlənməsi və zənginləşməsi naminə hər birimiz özümüzə məxsus töhfələr verməliyik. Daşkəsənli qadınlar bu işdə öz əzmkarlıqlarını, təşəbbüskarlıqlarını günbəgün artırır, Heydər Əliyev ideyalarının layiqincə həyata keçirilməsində bilik və bacarıqlarını əsirgəmirlər.
Həmçinin bayram tədbirində YAP Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının sədri Nahidə Həsənova, İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin müəllimi Sürəyya Məmmədova çıxış edərək Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rayon qadınlarının əməyinə verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını çox yüksək dəyərləndirdilə. Əlamətdar gün münasibətilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarının ünvanına xoş sözlər deyildi, səmimi arzular bildirildi.
Qeyd edək ki, bayram tədbirinin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 90 nəfər YAP fəalı olan qadına qiymətli hədiyyələr verildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB