Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) iclasında iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, regionda transmilli cinayətkarlıq meyllərinin qiymətləndirilməsi üzrə 2011-ci il üçün İllik İcmal hazırlanmasına dair İşçi Qrupunun növbəti iclasında regionda korrupsiyanın qarşısının alınması və onunla mübarizə üzrə regional səylər üzrə QDİƏT-in Regional Planının hazırlanması ilə əlaqədar üzv ölkələr tərəfindən yeniləşdirilmiş məlumatlar təqdim edilib. Tədbirdə həmçinin cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə mübarizə üzrə əməkdaşlığa dair İşçi Qrupunun növbəti iclasının gündəliyi müzakirə edilməklə üzv ölkələrin mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair statistik məlumatlarının öyrənilməsi üçün suallar toplusunun hazırlanması üzrə fikir mübadiləsi aparılıb.
Qeyd olunan iclasda Rövşən Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilmiş qanunvericilik və institusional islahatlar barədə çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB