Elmar Məmmədyarov: \"Həmsədr ölkələrdə baş tutacaq seçkilər danışıqları dondurmağa əsas vermir\"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında keçirilən görüş başa çatıb. SİA-nın verdiyi xəbərə görə, E.Məmmədyarov jurnalistlərə müsahibəsində bildirib ki, görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub və həmsədrlərlə qiymətləndirilib. Artıq bəzi yeni təkliflər var və görüşün keçirilməsi məqsədəuyğundur.
O, eyni zamanda bildirib ki, həmsədrlər bir aydan sonra yenidən Azərbaycana səfər edəcəklər: \"Çox güman ki, gələn ay həmsədrlərlə növbəti görüş keçirilsin. Bu görüşdə də münaqişənin həlli prinsipləri müzakirə olunacaq. Təəssüf ki, bəzi prinsipləri Ermənistanla razılaşdıra bilmirik. Bu məsələ üzərində işi davam etdirəcəyik və seçkilərdən sonra isə irəliləyişlərə nail ola bilərik\".
Diplomat eyni zamanda həmsədr ölkələrdə baş tutacaq seçkilərin danışıqlara təsir etməyəcəyini deyib: \"Rusiyada seçkilər keçirildi, Fransada aprel ayında, mayda Ermənistanda, noyabrda isə ABŞ-da keçiriləcək. Amma bütün bunlar danışıqları dondurmağa əsas vermir. Biz danışıqları davam etdirəcəyik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB