Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə Fransa parlamentində "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsinin müzakirəsi və Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğvi ilə bağlı qərarında Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Eyni zamanda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın danışığında bir sıra ikitərəfli məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB