ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 7-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki, şəxsi köməkçi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə