Azərbaycan prezidenti İlham Əliyev Bakıda Polşa prezidenti Bronislav Komorovski ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Polşa prezidenti Bronislav Komorovski ilə görüşüb
Martın 5-də Əfqanıstana səfər edən Polşa prezidenti Bronislav Komorovski yolüstü Bakıda olub. SIA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Polşa prezidenti Bronislav Komorovski ilə görüşüb.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə