Fəzail Ağamalı: “Rəsul Quliyevə siyasi səhnədə artıq piyaskoya uğramış bir şəxs kimi yanaşılır” - MÖVQE
Qubada baş verən hadisələr çox ciddi proseslərin nəticəsi idi. Bu aksiya həmçinin məmur özbaşınalığına bir üsyan idi. Amma buna arxayın olmaq da olmaz. Hesab edirəm ki, Qubada baş vermiş bu hadisələr digər məmurlar üçün də bir dərs olmalıdır. Bunu SİA-ya açıqlamasında Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov ACP lideri Rəsul Quliyev Quba ilə bağlı etdiyi şərhə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkədə hər hansı bir hakimiyyət dəyişikliyi sivil yolla həyata keçirilməlidir: "Mən istəmərdim ki, Azərbaycanda hər hansı bir dəyişiklik qanla-qada ilə həyata keçirilsin. Hesab edirəm ki, bu Rəsul Quliyev kimilərin öz yozumudur. Düşünürəm ki, Azərbaycanda inkişafa mane olan hallar, tendensiyalar aradan qaldırılmalıdır"
R.Quliyevin Quba baş verən hadisələrindən sonra xaosun reallaşacağı barədə səsləndirdiyi fikirlərə də münasibət bildirən Əli Orucov qeyd edib ki, məsələyə bu cür yanaşma doğru deyil: "Mən Quba hadisələrindən sonra hər hansı bir xaosun olacağını görmürəm. Bu xaos baş qaldırarsa heç kimə xeyri olmayacaq. Çox təəssüf edirəm ki, Rəsul Quliyev kimi bəzi insanlar hər şeyə qara eynəklə baxmağa çalışırlar. Hakimiyyətin içində də politik olaraq xalqı düşünən nəyəsə nail olmaq istəyənlər var. Onuun fikirlərində heç bir həqiqətdən söhbət gedə bilməz".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə məsələni bu cür xarakterizə edib: "Rəsul Quliyevə siyasi səhnədə artıq fiyaskoya uğramış bir şəxs kimi yanaşılır. Bütün bunlar hamısı cəfəngiyatdır və onun tərəfindən səsləndirilən sayaqlamalardır. R.Quliyevin niyyəti ondan ibarətdir ki, bu fikirləri ortalığa atsın və öz istəyinə, məqsədinə nail olsun. Hesab edirəm ki, onun cəfəngiyyat xarakterli fikirlərini gündəmdə saxlamağa da heç bir ehtiyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB