Xəzər dənizinin hüquqi statusuna dair işçi qrupun növbəti iclası Aşqabadda keçiriləcək

Xəzər dənizinin hüquqi statusuna dair işçi qrupun növbəti iclası Aşqabadda keçiriləcək

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupun növbəti iclası mart ayında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. SİA-nın \"Mehr News\"a istinadən verdiyi xəbərə görə, bunu İran prezidentinin Xəzər məsələsi üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə bildirib. Onun sözlərinə görə, Aşqabad görüşündə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirəsi davam etdiriləcək.

Xatırladaq ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun sayca 30-cu olan son iclası ötən ilin noyabrında Astanada keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın xarici işlər nazirləri müavinlərinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə