Rusiya Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, 99% səslərin hesablanmasından sonra Rusiyanın baş naziri, prezidentliyə namizəd Vladimir Putin səslərin 63,82 %-ni toplayıb. SİA-nın məlumatına görə, Rusiya Federasiyası Kommunist Partiyasından olan Gennadi Zyuqanov səslərin 17,18 %-nə, sərbəst namizəd Mixail Proxorov isə 7,77%-nə sahib olub.
MSK-nın açıqlamasına görə, Liberal Demokratlar Partiyasından namizədliyini irəli sürən Vladimir Jirinovski 6,23 %, Sergey Mironov ("Ədalətli Rusiya") isə 3,84 % səs toplayıb.
Exit-polls-un vediyi məlumata görə, Putin 58,3% səslə liderlik edir.
Xarici ölkələrdəki seçki məntəqələrində isə səsvermə başqa cür olub. Belə ki, Londonda və Tokioda ən çox səsi Mixail Proxorov qazanıb.
Xatırladaq ki, Vladimir Putin artıq 3-cü dəfədir ki, seçkilərdə qalib olur. O artıq 2000 və 2004-cü illərdə ölkədə prezidentlik postuna seçilmişdi. 2008-ci il seçkilərində o Dmitri Medvedyevi dəstəkləmişdi və nəticədə o, qalib olmuşdu. Ölkə konstitusiyasına görə, Rusiya vətəndaşı iki ildən artıq ardıcıl olaraq ölkə prezidenti seçilə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB