Zahid Oruc: \"Dövlət başçısının etimad göstərdiyi hər kəs davranışlarına diqqət yetirməlidir\" - MÜSAHİBƏ

Zahid Oruc: \"Dövlət başçısının etimad göstərdiyi hər kəs davranışlarına diqqət yetirməlidir\" - MÜSAHİBƏ

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc Səs Tv-də (sestv.az) yayımlanan \"Həftəyə Baxış\" proqramının qonagı olub. SİA millət vəkili ilə verlişdəki müsahibənin yazılı formasını təqdim edir.



- Bu həftəni \"Xocalıya Ədalət\" də adlandırmaq olar. Xocalı soyqırımını dünyaya çatdıra bildikmi?


- Hesab edirəm ki, dünya ölkələrində bu faciənin tanıdılması istiqamətində görülən işlər hazır ki, dövrdə ən yüksək səviyyəyə çatdı. Buna misal olaraq ölkəmizdə keçirilən ictimai tədbirlər və xüsusilə cənab prezident İlham Əliyevin iştirakı ilə baş tutan aksiya və Türkiyənin Taksim meydanınında, eləcə də digər yerlərində təşkil olunan aksiyalar bir daha Türkiyə və Azərbaycanın virtual həyatındakı sərhədləri aradan qaldıraraq birləşdirmiş oldu. Bununla belə Türkiyənin əksər media və kütləvi informasiya vasitələri (KİV) də bu hadisələrdən bəhs edirdi. Bu da özlüyündə Ermənistanın əleyhinə və Dağlıq Qarabağ prosesi üçün mühum bir mərhələ oldu. Bizim əsas siyasi hədəfimiz Qarabağdır. Necə ki, ermənilər saxta soyqırımı üzərində dövlət qururlar eləcə də bizim də başlıca olaraq hədəfimiz mövcuddur. Düşünürəm ki, bu hadisələr Qarabağ prosesi üçün yeni bir mərhələ vəd edir.


- Bu aksiayaların keçirilməsi ilə ermənilər böyük narahatçlıq keçirdilər. Hətta, bununla bağlı erməni mətbuatında müxtəlif səpkidə yazılar da dərc olunmuşdu.

- Azərbaycan tarixinə diqqət yetirənlər bunu xüsusi olaraq qeyd edə bilərlər ki, Azərbaycan dövləti Xocalı faciəsinin tanıdılması üçün maksimum gücünü sərf etdi. Avropa və qardaş Trükiyə dövlətində bu hadisələrlə də həyata keçirilən tədbirlərə nəzər salsaq şahidi ola bilərik ki, indiyənədək Ermənistan dövləti bu qədər siyasi və təbliğat cəhətdən küncə sıxılmamışdı. Onlar saxta soyqırım məsələsini dünya səviyyəsində o qədər qabarıq şəkildə təqdim ediblər ki, ayrı-ayrı siyasi təşkilatlarda elitalarda söz demək belə müşkülə çevrilib. Belə olan təqdir sual ortaya çıxır? Əgər yüz il bundan əvvəl Ermənsitan dövləti soyqırıma məruz qalıbsa, bəs nəyə görə özü soqyırım törədib? Deməli bu cəfəngiyatdır.

- Fransa senatında uydurma erməni soyqıırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa prezidenti Nikolay Sarkozi tərəfindən təsdiqlənməməsinin şahidi olduq. Fransa Türkiyə kimi dövlətlə üz üzə qalmaq istəmədi bu dogru. Amma Azərbaycanda və Türkiyədə keçrilən bu aksiyaların da qərara təsiri oldumu?

- Biz zamanında dəfələrlə qeyd etmişdik ki, onların 4D planı var. Saxta tarix, tarixin tanıdılması, təzminat və torpaq. Artıq onlar təzminat məsələsinə qədər gəlməkdədir. Gəlin görək bəs, Fransadakı qanun nəyi nəzərdə tuturdu? Əlbəttə ki, erməniləri bir növ türklərin boğazına bağlamaq. Bununla belə yüz milyonlarla yığılacaq vəsait ABŞ-nın Koliforniya ştatında olduğu kimi ermənilərin hesabına yatırılacaqdı. Lakin buna baxmayaraq, Fransadakı qərarın hüquq və dövlət quruluşu modelini birmənalı şəkildə tapdaladığı da ortada idi. Fransa mütəfəkkirlərinin qurduğu respublika modeli bu qanunla dağılırdı. Məhz Azərbaycan və Türkiyənin siyasi elitası buna imkan vermədi. Düşünürəm ki, Xocalı faciəsi də daxil olmaqla bu proseslərin daha böyük güclə, geniş maştapda aparılması Konstitusiya Şurasının həmin qanunu ləğv etməsinə səbəb oldu. Bundan sonrakı məqamda Nikola Sarkozi hər hansı bir təmayüllər, taktikalar düşünüb tapmağa çalışsa da bu alınmayacaq. Biz bundan sonrakı dövrə də diqqət yetirməliyik. Belə ki, bununla bağlı Avropa ölkələrində də müəyyən cəhdlər olacaqdır. Bu bir növ siyasi, diplomatik gücün ifadəsi idi.



- Həftə sonu Qubadan gələn xəbər gözlənilməz oldu. Baş vermiş hadisələr nəyin təzahürü idi? Qubada keçirilən bu aksiya tək ölkə mətbuatına deyil, dünya mediasında da bizim gözləntilərimizdən də artıq səviyyədə işıqlandırıldı.



- Quba İcra hakimiyyəti başçısının karrektəsiz çıxışı əhalini hiddətləndirdi. Dövlət başçısının etimad göstərdiyi hər kəs davranışlarına diqqət yetdiməlidir. Düşünürəm ki, Qubada baş vermiş bu aksiyalara dövlət tərəfindən adekvat reaksiya verildi. Etiraf etmək lazımdır ki, bu hadisələrdən müxtəlif səpkidə siyasi çıxarılmalar da var idi. Burada təxminən 5-6 qüvvəni sadalamaq olar. Birinci, lokal ərazidə baş verən hadisənin milli miqtyasda təkrarlanmasını arzulayanlar. İkincisi, Quba xalqı əhsən sizə ki, kimlərəsə üzr istətdirdiniz və qoyun indi digər bölgələr ayağa qalxsınlar. Üçüncüsü, isə bunu etnik amildə dəyərləndirərək, separatizmə yol açacağını düşünənlərdir. Hesab edirəm ki, bundan çıxarılacaq nəticələr hansısa \"bahar\"ın, \"fəsillər\"in və fəsilə yönəlik indekslənmiş fəaliyyət aparanların nəticələri ilə eyni deyil. İlk növbədə, dövlət başçısının etibar etdiyi insanlar nəzər almalıdırlar ki, özlərini xalqdan uzaqlaşdırmasınlar. Onlar dövlətdə müəyyənləşmiş proqramların ünvanlı olaraq işlənməsinə nail olmalıdırlar. İnsanlarla hər zaman ünsiyyət mühitində olmalıdır. Bu aksiyadan öz məqsədləri üçün yararlanmaq istəyənlər isə bacarmadı. İndi hər şey yolundadır. Dövət başçısı qərarını verdi. Bu qərar digər rayon rəhbərlərinə də ciddi siqnal oldu.




PS: Millət vəkili Zahid Orucun müsahibəsinə daha geniş SəsTV-də (sestv.az ) "Həftəyə Baxış" proqamında baxa bilərsiniz.


Bütün xəbərlər Facebook səhifəmizdə