Prezident İlham Əliyev Argentinanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Argentinanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 2-də Argentinanın xarici işlər naziri Hektor Timermanı qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Argentina arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulanıb, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi qeyd edilib, ikitərəfli əlaqələrin enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğu bildirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə