Azərbaycan Litvada keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək
Azərbaycan 2-4 mart tarixlərində Litvanın Vilnüs şəhərində keçiriləcək "VİVATTUR 2012" beynəlxalq turizm sərgisində iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya verilən məlumata görə, sərgidə nazirliyin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri R.Oruclu, analitik təhlil və proqram təminatı şöbəsinin aparıcı məsləhətçisi Z.Əliyeva, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi A.Əliməmmədova və Şamaxı Turizm İnformasiya Mərkəzinin direktoru T.Məmmədovdan ibarət nümayəndə heyətinin Vilnüsə səfəri nəzərdə tutulur.
Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 25 kv. m sahə icarəyə götürülüb. Stend sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 20 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunacaq.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi "VİVATTUR" beynəlxalq turizm sərgisində ikinci dəfədir iştirak edir. Tədbirdə 17 ölkəni 190-dan artıq şirkət təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB