Millət vəkili: \"İran Azərbaycanın əleyhinə gedəcək bəzi addımların içərisindədir\"
\"İranın rəsmi dairələri tərəfindən heç zaman Azərbaycana ciddi dəstəyi görmürük\". SİA-nın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, İran Azərbaycanın əleyhinə gedəcək bəzi addımların içərisindədir: "Ermənistanla İran arasında iqtisadi, ticari, siyasi əlaqələr çox yüksək səviyyədə inkişaf edir. Bu gün İran Ermənistana ən böyük dəstək verən ölkələrin başında gələn ölkədir. Eyni zamanda Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə əlaqədar olan terror hazırlayan qrupun ələ keçməsi də Azərbaycan əleyhinə ciddi bir fəaliyyət deməkdir. Çox təəssüf ki, bu addımları ilə İranın bəzi rəsmiləri, bəzi siyasi dairələri iki ölkə arasında olan münasibətlərə zərbə vurmaqda davam edirlər. Amma bütün bunlara baxmayaraq Azərbaycan İranla hər zaman qonşu dövlət kimi münasibətləri normal saxlamağa çalışır".
Millət vəkili bildirib ki, Azərbaycan müstəqil dövlətdir və ölkəmizin xarici siyasəti regional və beynalxalq təhlükəsizliyə əsaslanır: "Azərbaycan açıq şəkildə bəyan edib ki, İrana qarşı ölkəmizin ərazisindən hərbi əməliyyatlar üçün istifadə olunmaycaq. Bu cür açıqlamalardan sonra rəsmi Tehranın bəyanatları Azərbaycana qarşı çox ciddi ədalətsizlikdir və buna son verməlidirlər. Azərbaycan dövləti bu cür münasibətləri qəbul etmir və edə də bilməz. Bu çağırışı da bir daha səsləndiririk ki, həm açıqlamalarınızda, həm addımlarınızda daha ciddi və ehtiyatlı olmalısınız. Başa düşməlisiniz ki, Azərbaycan xalqı buna sakitcə dayanıb baxmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB