Azərbaycan, Türkiyə və İran XİN-nin növbəti görüşünün vaxtı məlum olub
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti görüşü martın əvvəllərində baş tutacaq. Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Onun sözlərinə görə, növbəti görüş Naxçıvanda baş tutacaq.
Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşü yanvarın 17-də Naxçıvanda keçirilməli idi. Lakin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimində iştirakı səbəbilə görüş fevral ayına təxirə salınmışdı. Bu formatda ilk görüş ötən ilin aprelində İranın Urmiya şəhərində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB