Aydın Mirzəzadə: “Ədalət həmişə qalib gəlir”

Aydın Mirzəzadə: “Ədalət həmişə qalib gəlir”

"Ədalət həmişə qalib gəlir". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Fransa Konstitusiya Şurasının \"erməni soyqırımı\"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, Konstitusiya Şurasının qərarı ilk növbədə Fransanın insan hüquqlarına hörmət etdiyini, azad sözü daima yüksək saxladığını bir daha təsdiq etdi: "Fransa Senatının çox az bir hissəsinin səsi ilə bu ölkəyə ləkə gətirən bir qanunu qəbul etməsi sözün əsl mənasında dünyanı şoka saldı. Bu zəmində ilk növbədə, Türkiyə və Azərbaycan bu məsələyə öz ciddi etirazını bildirdi. Ona görə də hesab edirəm ki, bu ölkənin, demokratiya və Avropa ideyalarının qələbəsi idi".

Millət vəkili həmçinin Fransa prezidenti Nikola Sarkozinin yeni qanun layihəsinin hazırlanması üçün təlimat verməsinə də münasibət bildirib: " Nikola Sarkozi qanunun yeni layihəsinin işlənməsini tapşırır. Ancaq inanmıram ki, belə iddialar nəinki dünyada, heç Fransanın özündə dəstək tapa bilər. Çünki, həmin qanun yalana, insan hüquqlarnın pozulmasına yönəlmiş bir müddüadır".

Bütün xəbərlər Facebook səhifəmizdə