Elman Abdullayev: "Azərbaycan öz ərazilərini qaytarmağa və suverenliyini bərpa etməyə hazır olmalıdır" - AÇIQLAMA
Bakının siyasəti hansısa ölkəyə qarşı yönəlməyib, lakin bununla yanaşı ölkənin ərazilərinin 20 faizi işğal altındadır. Azərbaycan öz ərazilərini qaytarmağa və suverenliyini bərpa etməyə hazır olmalıdır və onun buna tam haqqı var. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə deyib.
"Azərbaycanın xarici siyasəti həmişə çoxşaxəli və balanslaşdırılmış olub. Azərbaycan mehriban qonşuluq münasibətlərinə əhəmiyyət verir və o, qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır", - E.Abdullayev Azərbaycan səfirinin İran XİN-ə çağırılmasına münasibət bildirərkən deyib.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov dünən İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirimizi İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi qəbul edib və ondan Azərbaycanın İsraildən 1,5 milyard dollardan artıq dəyərdə silah alması barədə mətbuatda gedən məlumatlara rəsmi izahat verməyi xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB