Baş Prokurorluq 2012-ci ildə inventarların, mal-materialların, avadanlıqların, iş və xidmətlərin satın alınması ilə əlaqədar açıq tender elan edir. Baş Prokurorluqdan SİA-ya verilən məlumata görə, tender 11 lot üzrə keçirilir.
Tender 11 (on bir) lot üzrə keçirilir:
Lot - 1. Ofis və kabinet mebellərinin satın alınması;
Lot - 2. Kompüter texnikasının satın alınması;
Lot - 3. Geyim formasının satın alınması;
Lot - 4. Dəftərxana ləvazimatlarının satın alınması;
Lot - 5. Təsərrüfat mallarının satın alınması;
Lot - 6. Tikinti materiallarının satın alınması;
Lot - 7 .Sabunçu rayon prokurorluğunun inzibati binasının tikintisinin satın alınması;
Lot - 8. Yasamal rayon prokurorluğunun inzibati binasının tikintisinin satın alınması;
Lot-9. Azərbaycan Respublikası Baş prokurorluğunun inzibati binalarında isitmə,soyutma sisteminin yenidən qurulmasının satın alınması;
Lot-10. Serverlərin və proqram təminatının satın alınması;
Lot-11. Azərbaycan Respublikası Prokurorluğu orqanlarında elektron sənəd dövriyyəsini təmin edəcək daxili şəbəkənin çəkilişinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər. Malların təchiz olunma müddəti - il ərzində
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvandan (Əlaqələndirici şəxs: Atakişiyev Atif Səyyadoviç, telefon:492-98-94) ala bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB