Gənclər Qarabağ bölgəsində Xocalı soyqırımının 20 illiyini qeyd edib - FOTOSESSİYA
Gənclər üçün Təhsil Mərkəzinin regional ofislərinin, o cümlədən xarici ölkələrdə təhsil alan əməkdaşlarının təşkilatçılığı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. SİA-nın xəbərinə görə, mərkəzin Ağcəbədi rayonunda yerləşən Qarabağ bölgəsi üzrə ofisi silsilə tədbirlərə yekun vurmaq məqsədilə tədbir təşkil edib.
Ofisin rəhbəri Radə Qafarova bildirib ki, fevral ayının 20-dən start verilən aksiyalara minlərlə gənc qoşulub. Onun sözlərinə görə, aksiyalar çərçivəsində yetişməkdə olan gənc nəslə, o cümlədən məktəblilərə Xocalı soyqırımı haqqında dolğun məlumatlar verilib, sənədli filimlər nümayiş etdirilib və zəruri materiallar paylanıb. Geniş məlumatlandırma işini təşkil etmək məqsədilə bir sıra dövlət qurumları tərəfindən təqdim edilmiş 10 adda CD və kitablar orta məktəblərin kitabxanalarına və rəhbərliklərinə təqdim olunub.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov, İcra hakimiyyəti ərazi ilk partiya təşkilatının sədri Eldəniz Qəmbərov, Mərkəzin əməkdaşları Qəmzə Əkbərova, Samir Babayev, Xəyal Səfərov və başqaları gəncləri erməni vəhşiliklərinə qarşı mübarizədə bir olmağa və dövlət müstəqilliyinin qorunmasına xidmət etməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB