Dövlət Baxçalı: \"Xocalı qətliamını törədənlər həmişə qatil və cani kimi tanınanacaqlar\"
"Soydaşlarımızın namusuna, şərəfinə təcavüz etməyə cürət edən erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaq.Xocalı qətliamı türk millətinə qarşı işlənmiş insanlıq suçudur və bu hadisəni törədənlər həmişə qatil və cani kimi tanınanacaqlar". SİA-nınTürkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözlərMilliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı Xocalı soyqırımın 20-ci ildönümü ilə bağlı yazılı açıqlamasında yer alıb.
Müraciətdə qeyd olunub ki,Xocalıda, ümumiyyətlə Dağlıq Qarabağda törədilənləri görmək istəməyənlərin qondarma \"erməni soyqırımı\" iddiaları ilə Türkiyəni ittiham etməsi və bunun üçün sistemli fəaliyyət göstərməsi \"insafsızlığın və utanmazlığın bariz nümunəsidir\".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB