BMT və ATƏT-in Kiyevdəki nümayəndəlikləri qarşısında etiraz aksiyası keçirilib
İslam Konfransı Gənclər Forumu və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin "Xocalıya ədalət" kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçirdikləri silsilə tədbirlər BMT və ATƏT-in Kiyevdəki nümayəndəlikləri qarşısında etiraz aksiyasının keçirilməsi ilə davam etdirilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən SİA-ya verilən məlumata görə, "Erməni qəsbkarları əsrlər boyu Azərbaycan xalqına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətinə görə tarix qarşısında cavab verəcəklər", "Vəhşilik və qəddarlıq baxımında 20-ci əsrin ən amansız faciəsi olan Xocalı soyqırımı dünya birliyi tərəfindən tanınmalıdır" şüarları ilə Kiyevin mərkəzindən BMT və ATƏT-in Ukraynadakı nümayəndəliyinin qarşısına yürüş edən azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları 20 il keçməsinə baxmayaraq, ermənilərin Xocalı şəhərində törətdikləri bəşəri cinayətə hüquqi siyasi qiymət verməyən beynəlxalq təşkilatları ikili standartlarından əl çəkməyi tələb ediblər.
Gənclər BMT və ATƏT-i Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı ədalətli qərar verməkdə cəsarətli olmağa çağırıblar. Ötən 20 il ərzində Xocalıda törədilmiş erməni vəhşiliyinə göz yuman BMT və ATƏT-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən hazırlanmış, uzunluğu 2,5 metr olan ən böyük qətnamə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB