26 fevral Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı olaraq İsveçdəki Azərbaycan Federasiyası (İAF) İsveçin 3 böyük şəhəri - Stokholm, Göteborg və Malmöda seminar təşkil edəcək. SİA-nın xəbərinə görə, bu seminarlarda ermənilərin Azərbaycanın şimal və cənub hissələrində etdikləri cinayətlər araşdırılacaq. Seminarda natiq azərbaycanlı araşdırmaçı, Türkiyənin Giresun Universiteti professoru Aygün Attar olacaq.
Xocalı faciəsi ilə bağlı tamaşa isə fevralın 26-sı saat 14:00-dan başlayaraq Sergelstorgda nümayiş ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB