Musa Quliyev: \"Xocalıda həlak olanlara şəhid statusu verilə bilər\"

Musa Quliyev: \"Xocalıda həlak olanlara şəhid statusu verilə bilər\"

Xocalıda həlak olanlara şəhid statusu verilə bilər. Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Musa Quliyev bildirib. SİA-nın verdiyi xəbərə görə, Xocalıda həlak olanların Azərbaycanın yeni müstəqillik qazandığı illərdə dünyasını dəyişdiklərini qeyd edib.

Musa Quliyev həmçinin bildirib ki, Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması üçün vahid sənəd hazırlanmalıdır.\"Bu sahədə gələcək fəaliyyətimizi bir istiqamətdə aparmalıyıq\", - deyə o vurğulayıb.Deputat onu da qeyd edib ki, Milli Məclisin dostluq qrupları, parlamentlərarası işçi qrupları hər il dünyanın bir neçə ölkəsində Xocalı soyqırımı məsələsinin müzakirə olunmasına nail olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə